İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyeronun oğlu Tobinin yeni klubu bəlli olub.
"Football-plus.az" 17 yaşlı hücumçu “Sanremeze”yə transfer olunub.
Bu klub İtaliya çempionatının 4-cü divizionu sayılan D seriyasında çıxış edir. Klubun mətbuat xidməti yeniyetmə hücumçu ilə birillik müqavilə bağlandığını açıqlayıb.
Tobi buna qədər “Empoli”nin U-18 komandasında çıxış edirdi.