AZ

Del Pyeronun oğlu D Seriyası klubunda

style='margin-bottom:10px;'>

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyeronun  oğlu Tobi Del Pyeronun yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 17 yaşlı hücumçu “Sanremeze”yə transfer olunub.

Bu klub İtaliya çempionatının 4-cü liqası olan D Seriyasında çıxış edir.

Klubun mətbuat xidməti gənc hücumçu ilə bir illik müqavilə bağlandığını açıqlayıb. Tobi buna qədər "Empoli"nin U-18 komandasında çıxış edirdi.

Seçilən
54
1
teleqraf.com

2Mənbələr