EN

Azərbaycan - Fransa oyunu Gəncədə keçirilməyəcək - Stadion açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun stadionu müəyyənləşib.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
 
Noyabrın 16-da keçiriləcək D qrupunun son tur görüşü saat 21:00-da başlanacaq.
 
Azərbaycan millisinin Ukrayna ilə matçı da məhz bu arenada keçiriləcək. Oyun sentyabrın 9-da saat 20:00-da başlanacaq.
 
Noyabrın 13-də İslandiya ilə ev oyunu da eyni saatda başlayacaq, amma fərqli məkanda - 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan - Fransa matçının paytaxtda keçirilməyəcəyi iddia olunurdu. Hətta məkan kimi Gəncə şəhər stadionu göstərilirdi.
Chosen
12
9
moderator.az

10Sources