AZ

UEFA Azərbaycan Fransa matçının keçiriləcəyi stadionu açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun stadionu müəyyənləşib.

Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Noyabrın 16-da keçiriləcək D qrupunun son tur görüşü saat 21:00-da başlanacaq.

Azərbaycan millisinin Ukrayna ilə matçı da məhz bu arenada keçiriləcək. Oyun sentyabrın 9-da saat 20:00-da başlanacaq.

Noyabrın 13-də İslandiya ilə ev oyunu da eyni saatda başlayacaq, amma fərqli məkanda - "Neftçi Arena"da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan - Fransa matçının paytaxtda keçirilməyəcəyi iddia olunurdu. Hətta məkan kimi Gəncə şəhər stadionu göstərilirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
9
oxu.az

10Mənbələr