EN

Millimiz İslandiya və Fransa ilə bu stadionlarda oynayacaq



Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

AFFA-dan aia.az-a verilən məlumata görə, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da başlanacaq.

aia.az



Chosen
108
31
aia.az

10Sources