AZ

Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşdi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib. 

News24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da start götürəcək.


Seçilən
92
31
news24.az

10Mənbələr