"Sumqayıt" yeni transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi hücumçu Rüstəm Əhmədzadə ilə razılığa gəlib.
Daha əvvəl müqavilə əsasında "Qarabağ"a məxsus olan 24 yaşlı oyunçu bundan sonra "Sumqayıt"ın uğurları üçün çalışacaq.
Rüstəm son iki mövsümü “Zirə”də icarədə keçirib. “Qarabağ” millimizin hücumçusu ilə bir müddət əvvəl yollarını ayırdığını açıqlamışdı.