AZ

"Qarabağ"dan ayrılan futbolçu seçimini etdi

"Sumqayıt" yeni transferini açıqlayıb. Klubdan Metbuat.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi hücumçu Rüstəm Əhmədzadə ilə razılığa gəlib.

Daha əvvəl müqavilə əsasında "Qarabağ"a məxsus olan 24 yaşlı oyunçu bundan sonra "Sumqayıt"ın uğurları üçün çalışacaq.

Seçilən
4
5
metbuat.az

10Mənbələr