EN

Ərdoğan Türkiyədə Ukrayna münaqişəsi üzrə sülh masası nın qurulacağını bildirib

ain.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna üzrə liderlərin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. O, Türkiyədə danışıqlar masası arxasında Ukrayna münaqişəsinə son qoyacaq sülh razılaşmalarının əldə olunacağına ümid etdiyini də bildirib.

Oxu.Az bu barədə "TRT Haber" telekanalına istinadla xəbər verir.

"Hesab edirik ki, bu müharibə artıq bitməlidir. Biz həmişə liderlər səviyyəsində görüş keçirməyə hazırıq. İstanbulda Ukrayna üzrə danışıqlar masasının qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə sülh masası qurulacaq ki, bu da bu qanlı müharibəyə son qoyacaq", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
oxu.az

2Sources