AZ

Türkiyədə "Sülh masası" qurulacaq

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna üzrə liderlərin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. O, Türkiyədə danışıqlar masası arxasında Ukrayna münaqişəsinə son qoyacaq sülh razılaşmalarının əldə olunacağına ümid etdiyini də bildirib.

Hafta.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalıını yayımında bildirilib.

Ərdoğan vurğulayıb ki, bu müharibə artıq bitməlidir:

"Biz həmişə liderlər səviyyəsində görüş keçirməyə hazırıq. İstanbulda Ukrayna üzrə danışıqlar masasının qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə sülh masası qurulacaq ki, bu da bu qanlı müharibəyə son qoyacaq".

Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.

Seçilən
0
1
hafta.az

2Mənbələr