EN

Xalq artistinin oğlu dünyasını dəyişdi

BAKI. 29 iyul. TELEQRAF

Azərbaycanın Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə mərhumun yaxın sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məlumata görə, Ə.Məmmədov 1968 ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsin bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində və Bakı şəhər Nərimanov Məhkəməsində müstəntiq vəzifəsində çalışıb.

Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş tətqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə FHN-də baş tədqiqatçı vəzifəsində çalışıb.

Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq.

Chosen
22
9
teleqraf.com

10Sources