AZ

Həsən Məmmədovun oğlu öldü Foto

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycanın xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Qeyd edək ki, Ə.Məmmədov 1968-ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsini bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində və Bakı şəhər Nərimanov Məhkəməsində çalışıb.

Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş təhqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində baş təhqiqatçı vəzifəsində də işləyib.

Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
9
axar.az

10Mənbələr