EN

Şəmkirdə iki əmioğlu bıçaqlandı - Saxlanılan var

Şəmkirdə taksi sərnişinləri bıçaqlanıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.
 
Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.
 
Yaralılar xəstəxanaya aparılıb.
 
Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
3
9
moderator.az

10Sources