AZ

Şəmkirdə əmioğullar bıçaqlandılar - Saxlanılan var

Şəmkirdə sərnişinlər bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Modern.az)


Bizim.Media

Seçilən
2
9
bizim.media

10Mənbələr