"Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, yeni mövsümə hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirən bölgə klubunun rəqibi "Keçiörengücü" olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Onlar ilk oyunda "Çorum"la heç-heçə edib - 1:1.
Qeyd edək ki, "Turan Tovuz" bu gün "Traktor" ilə üz-üzə gəlməli idi. Lakin müxtəlif səbəblərdən matç baş tutmayıb.