"Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yeni mövsümə hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirən bölgə klubunun rəqibi "Keçiörengücü" olub. Bu görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, Tovuz təmsilçisi ilk oyunda "Çorum"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, "Turan Tovuz" bu gün "Traktor" ilə üz-üzə gəlməli idi. Lakin müxtəlif səbəblərdən matç baş tutmayıb.