Özbəkistanda tanınmış müğənninin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə dəhşət yaşanıb.
Referans xəbər verir ki, Səmərqənd vilayətində baş verən faciədə 35 yaşlı müğənni Zebinoso Nosirova, səhnə adı ilə Zeboyi Jahon həyat yoldaşı tərəfindən boğularaq öldürülüb. Bu barədə "Milliy" telekanalında yayımlanan "Millar" proqramında məlumat verilib.
İlkin məlumata görə, 33 yaşlı kişi uşaqları görmək məqsədilə Taylak rayonuna gəlib. Lakin keçmiş cütlük arasında yaranan gərginlik faciəyə çevrilib – ailə mübahisəsi cinayətlə nəticələnib.
Mərhum sənətçinin üç azyaşlı övladı var. Şübhəli şəxs artıq saxlanılıb və faktla bağlı araşdırmalara başlanılıb.(Musavat.com)