AZ

Məşhur müğənni əri tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Özbəkistanda tanınmış müğənninin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə dəhşət yaşanıb.

Bizim.Media xəbər verir ki, Bu barədə "Milliy" telekanalında yayımlanan "Millar" proqramında məlumat verilib.

Səmərqənd vilayətində baş verən hadisədə 35 yaşlı müğənni Zebinoso Nosirova, səhnə adı ilə Zeboyi Jahon həyat yoldaşı tərəfindən boğularaq öldürülüb.

İlkin məlumata görə, 33 yaşlı kişi uşaqları görmək məqsədilə Taylak rayonuna gəlib. Lakin keçmiş cütlük arasında yaranan gərginlik faciəyə çevrilib – ailə mübahisəsi cinayətlə nəticələnib.


Mərhum sənətçinin üç azyaşlı övladı var. Şübhəli şəxs artıq saxlanılıb və faktla bağlı araşdırmalara başlanılıb. (musavat.com)


Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr