
Dekabrın 14-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində liderlər Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən Macarıstanın baş naziri Viktor Orban zalı tərk edib.
Reyting.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və “The Guardian”-a istinadla məlumat yayıb.
Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.
“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” - Macarıstanın baş naziri vurğulayıb.(APA)