AZ

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclasdan çıxıb

Orban

Dekabrın 14-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində liderlər Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən Macarıstanın baş naziri Viktor Orban zalı tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və “The Guardian”-a istinadla məlumat yayıb.

Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.

“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” - Macarıstanın baş naziri vurğulayıb.(APA)
Seçilən
480
50
reyting.az

10Mənbələr