EN

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib

Dekabrın 14-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Viktor Orban ittifaqın liderləri Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən zalı tərk edib.

“İki sahil” xəbər verir ki,  bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və The Guardian-a istinadla məlumat yayıb.

Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.

“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” - Macarıstanın baş naziri vurğulayıb.

Chosen
436
50
ikisahil.az

10Sources