Dekabrın 14-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Viktor Orban ittifaqın liderləri Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən zalı tərk edib.
“İki sahil” xəbər verir ki, bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və The Guardian-a istinadla məlumat yayıb.
Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.
“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” - Macarıstanın baş naziri vurğulayıb.