Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, müxtəlif turoperator və turagentliklərin əməkdaşlarının, media nümayəndələrinin, videoblogerlərin və müstəqil bələdçilərin iştirakı ilə təşkil olunan infotur 4 turizm marşrutu boyunca fərqli ekoturizm fəaliyyətlərini əhatə edib.
Azərbaycanda ekoturizmi inkişaf etdirmək və bu növ fəaliyyətləri təşviq etmək məqsədilə təşkil olunan səfər çərçivəsində Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Lənkəran, Lerik, Astara və Göygöl rayonlarının əraziləri ziyarət olunub.
İştirakçılara təbiət əraziləri, milli parklar və eləcə də digər turizm baxımından mühüm hesab edilən ərazilərdə ekoturizmin inkişaf etdirilməsinin vacibliyi barədə məlumatlar verilib.







