Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə Fələstin Dövlətinin tanınması ilə bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, onlar bununla bağlı birgə bəyanat yayıblar.
“İki dövlətli həll yolunda fundamental addım olaraq, Fələstin Dövlətini artıq tanımış və ya onu tanımağa hazır olduqlarını və ya müsbət qiymətləndirdiklərini bildirmiş ölkələr hələ bu addımı atmamış bütün dövlətləri bu çağırışa qoşulmağa dəvət edirlər”, - bəyanatda qeyd edilib.
Bizim.Media