15 ölkə Fələstin Dövlətini tanımaq üçün çağırış edib.
Viral.az xəbər verir ki, Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstin dövlətini tanımağa çağırıb.
Ölkələr Fələstinin tanınmasını iki dövlətli həllin həyata keçirilməsində “fundamental addım” kimi qiymətləndiriblər.
Son Yazılar:
- 15 ölkə Fələstin üçün birgə müraciət ETDİ
- İranda polis iki mülki şəxsi güllələdi
- Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir
Birgə bəyanatda deyilir:
“İki dövlətli həll yolunda fundamental addım olaraq, Fələstin Dövlətini artıq tanımış və ya onu tanımağa hazır olduqlarını və ya müsbət qiymətləndirdiklərini bildirmiş ölkələr hələ bu addımı atmamış bütün dövlətləri bu çağırışa qoşulmağa dəvət edirlər”.
Bəyanatda Fələstin Prezidenti Mahmud Abbasın iyunun 10-da iki dövlətli həllə dair konkret öhdəlikləri alqışlanıb.