EN

"Azərkosmos" ilk 6 ayda nə qədər gəlir əldə edib? - AÇIQLANDI

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos" dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Valyuta.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 

2025-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq ilk yerdə qərarlaşıb. 2-ci yerdə 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 3-cü yerdə 436 min ABŞ dolları ilə Nigeriya olub. 4-cü yerdə 385,1 min ABŞ dolları ilə Türkiyə, sonuncu yerdə isə 357,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.

Sərvanə Rəmixanova

Chosen
30
6
valyuta.az

10Sources