EN

"Əsas instinkt"in ulduzu açıq-saçıq obrazda poza verdi

Amerikalı məşhur aktrisə Şeron Stoun açıq-saçıq obrazda poza verib.

Publika.az xəbər verir ki, bununla bağlı stilist Paris Libbinin “Instagram” hesabında paylaşım edilib.

Yayımlanan ağ-qara fotoda 65 yaşlı məşhur taxta skamyada uzanaraq kamera qarşısına keçib. “Əsas instinkt”in ulduzu obrazı üçün simlərlə bəzədilmiş geniş paltar və laklı ayaqqabı seçib.

Libbinin abunəçiləri aktrisanın gənc görünüşünə heyran qalıblar.

Chosen
794
3
publika.az

10Sources