AZ

Pedrinyo onu zorakılıqda ittiham edən rəfiqəsi ilə tətildə

Moskva “Lokomotiv”inin “Atletiko Mineyro”da icarə əsasında çıxış edən hücumçusu Pedrinyo qəribə macəra yaşayır.

Arena.az UOL dərgisinə istinadən məlumat verir ki, Pedro Qabrieli əvvəllər məişət zorakılığında ittiham etmiş rəfiqəsi Amanda Nunyes indi futbolçu ilə tətil günlərini birlikdə keçirir.

Xatırladaq ki, 2023-cü ilin martında həmin vaxt Pedrinyonun keçmiş sevgilisi Amanda Nunyes futbolçu tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdi. Daha sonra “San-Paulu” “Lokomotiv”dən icarəyə götürdüyü Pedrinyo ilə müqaviləsinə xitam verdiyini açıqlamışdı.

Pedrinyo hazırda müqaviləsi 2023-cü ilin dekabrında başa çatacaq “Amerika Mineyro”da icarə əsasında çıxış edir. Həmçinin qeyd etdiyimiz kimi, tətil günlərini keçmiş rəfiqəsi ilə yenidən birlikdə keçirir.

Seçilən
645
15
arena.az

10Mənbələr