EN

Evdə interneti zəif olanlar bunları edin - Ekspertdən açıqlama

Bakı. Trend:

İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTEmarkalı modemlərə üstünlük verir. Bu cihazlar əsasən provayderlərtərəfindən təklif edilir və bazarda əlçatanlıq baxımındanpopulyardır.

Bunu Trend -ə açıqlamasında Azərbaycanda genişistifadə olunan modem modelləri və onların fərqləri barədədanışarkən texno-ekspert İlqar Şabanov deyib.

Onun sözlərinə görə, anten sayı və siqnal gücü nəzərəalınmalıdır:

"Modem alarkən ilk növbədə istifadəçinin texniki ehtiyaclarınəzərə alınmalıdır. Evdə çoxlu cihaz varsa və yüksək sürətlibağlantıya ehtiyac duyulursa, Wi-Fi 6 texnologiyasını (802.11ax)dəstəkləyən modellərə üstünlük verilməlidir".

İ.Şabanovun sözlərinə görə, dual-band (2.4GHz və 5GHz)texnologiyasını dəstəkləyən modellər həm daha geniş əhatə dairəsi,həm də daha stabil internet bağlantısı təqdim edir. Bununla yanaşı,anten sayı və siqnal gücü də nəzərə alınmalıdır: "2-4 antenlimodellər geniş evlər və açıq məkanlarda daha effektivdir".

Ekspert əlavə edib ki, siqnal zəif olan evlərdə və ya ofislərdəMesh texnologiyasını dəstəkləyən modemlər və repeaterlər(gücləndiricilər) istifadə edilməlidir: "Mesh sistemləri siqnalınevin hər yerində bərabər paylanmasına kömək edir".

İlqar Şabanov həmçinin, modem markaları arasında performansfərqlərinə də toxunub:

"TP-Link - geniş model seçimi və istifadəçi dostu interfeysi iləseçilir.

Huawei - həm mobil, həm də fiber internet üçün effektivdir.

ZTE və Nokia - daha çox provayderlər tərəfindən təklif olunur vəbazarda sabit performansla tanınır".

"Ən önəmlisi isə odur ki, modem seçimi internetin keyfiyyətinəbirbaşa təsir göstərir. Bu, yalnız texniki məsələ deyil, həm dəgündəlik həyatımızın sürətini müəyyənləşdirən faktordur", - deyəekspert fikrini yekunlaşdırıb.

Chosen
63
9
az.trend.az

10Sources