EN

“Embafinans”ın 2 milyonluq istiqrazlarına 1 investor müştəri çıxıb

23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2015020608 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT “EMBAFİNANS” QSC Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2015020608 İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac İstiqrazların sayı: 2,000 (ədəd) İlkin ticarət qiyməti: 1,000 AZN İstiqrazların buraxılış həcmi: 2,000,000 AZN İllik gəlirlilik faizi: 13% Hərrac qiyməti: 1,000 AZN İstiqrazların reallaşdırılmış həcmi: 2,000,000 AZN İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 2,000,000 AZN İnvestor sayı: 1 Sifariş sayı: 1 Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir Tədavül müddəti: 12 ay Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

 

Chosen
31
3
banker.az

4Sources