EN

İran Prezidentindən Azərbaycan açıqlaması: "Günahkar İrandır"

Azərbaycanla ilə əlaqə qura bilməməkdə problem İrandadır.

News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı keçirdiyi görüşdə deyib.

“Biz qonşu müsəlman dövlətlərlə əlaqə qura bilmirik. Səfər etdiyim Azərbaycanla münasibət qura bilmirik, ancaq o tərəfdən İsrail gəlib, orada əlaqə qurur. Azərbaycanla yaxşı əlaqəmiz yoxdursa, bu bizim günahımızdır”, - Prezident vurğulayıb.

O, Azərbaycanla əlaqə qura bilməməyə görə təqsirin İranda olduğunu bildirib.

Aqil Qarayev

Chosen
133
12
news24.az

10Sources