EN

"Sumqayıt" beninli vingerlə gücləndi

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı cinah oyunçusu "Sumqayıt" FK-da "25" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

Chosen
16
14
operativmedia.az

10Sources