EN

Lukas Paketa ilə bağlı ittihamlar qaldırıldı

“Vest Hem”in 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa üzərindən xoşagələməz ittihamlar qaldırılıb.

Arena.az bu barədə “Vest Hem”in rəsmi saytına istinadən məlumar verir.

Söhbətin, Paketanın iştirakı ilə futbolçunun oyunlara mərc qoyuluşları etdiyi ilə bağlı İngiltərə Futbol Assosiasiyasının (The FA) ittihamdan getdiyi vurğulanır. Xatırladaq ki, müvafiq ittihama görə, Paketa futboldan ömürlük kənarlaşdırıla bilərdi. Müstəqil Tənzimat Komissiyası məsələni araşdırdıqan sonra futbolçunun üzərindən bütün ittihamları qaldırıb. Öz növbəsində “Vest Hem” və Lukas Paketa komissiyaya təşəkkürünü bldiriblər.

Lukas Paketa “Flamenqo”nun məzunudur. Braziliyalı futbolçu Avropada debütünü – 2019/2020-ci illər mövsümünü “Milan”da keçirdikdən sonra 2020-ci ilin sentyabr ayında 23,44 milyon avro məbləğ müqabilində Lion “Olimpik”inə keçib. “Vest Hem” Paketanı 2022-ci ilin avqustun ayında Lion “Olimpik”indən 42,95 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Paketa “çəkicdöyənlər”in aparıcı oyunçusudur. Geridə qalmış mövsümdə Paketa “Vest Hem” üçün 36 oyun keçirib, 5 qol vurub. Paketanın “çəkicdöyənlər”in heyətində çıxışının ümumi mənzərəsi 120 oyun, 18 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 55 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Lukas Paketanın qənimətlər muzeyində “Flamenqo” ilə qazandığı Karioka çempionluğu (2016/2017), “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və Braziliya millisi ilə qazandığı Amerika Kuboku (2018/2019) var.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Chosen
40
arena.az

1Sources