EN

Sərnişin avtobusu piyadanı vurdu

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində 11 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Chosen
65
7
ucnoqta.az

8Sources