EN

"Krokus" terrorunu törədənlər zaldan niyə qaçıblar?

"Krokus" terrorunu törədənlər zaldan niyə qaçıblar?

"Crocus City Hall” konsert zalında terror aktını törədənlər silahların tıxanmasından oranı tərk ediblər.

Bu, TASS-a daxil olan iş materiallarından belə görünür.

"Onlar silahlarının tıxanmasından və güllələrin az qalmasından qorxduqları üçün konsert zalından qaçıblar", - materiallarda deyilir.

Terror aktını törədənlərdən üçünün Kalaşnikov avtomatı ilə silahlandığı, dördüncünün isə patronlu kürək çantasında olduğu dəqiqləşib. Terror aktı zamanı avtomatlardan ikisi tıxanıb, yəni istifadə etmək mümkün olmayıb, onları kürək çantası ilə birlikdə çölə atıblar. Onlar üçüncü avtomatı Bryansk vilayətində Ukrayna sərhədinə gedərkən yola atıblar.

Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus”da terror aktı 2024-cü il martın 22-də törədilib. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər həlak olub. Terrorçular üç Kalaşnikov avtomatı, 1300-dən çox patronu olan ən azı 59 maqazin və bıçaqla silahlanıblar.

Terror aktından sonra hadisəni törədən dörd nəfər - Məhəmmədsobir Faizov, Dalerchon Mirzoyev, Səidəkram Raçabalizoda və Şəmsidin Fəriduni Ukraynaya qaçmağa cəhd etsə də, Bryansk vilayətində saxlanılaraq Moskvaya aparılıb.

Cavid

Chosen
34
xalqcebhesi.az

1Sources