EN

“Rahat” mağazasına basqın edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Namir Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə ötən il “ANC Group” MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rahat” ərzaq mağazasında qeydə alınıb.

 

Belə ki, Namir Məmmədov sözügedən mağazaya müştəri qismində daxil olub işıqların sönməsi səbəbindən obyektdə kimsənin olmamasından istifadə edib. O, kassanın yanında vitrinə yığılmış ümumi dəyəri 304 manat təşkil edən müxtəlif adda olan siqaretləri ciblərinə və köynəyinin altına yığaraq gizlədib. Bu zaman mağazada baş kassir vəzifəsində işləyən zərərçəkmiş Vasif Həşimov (soyadı şərtidir) onun etdiyi qanunsuz əməli ifşa edib. Sonra Vasif onun qolundan tutub mağazanın digər işçilərini qışqıraraq köməyə çağırıb. Namir isə zərərçəkmiş şəxsin üz nahiyəsindən yumruqla vurub ona xəsarətlər yetirib hadisə yerindən uzaqlaşıb.

 

Hadisədən sonra Namir Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2025, 09:02   
Chosen
28
pravda.az

1Sources