EN

ABŞ Ukraynaya $800 milyonun ayrılması haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Senatının Assiqnasiya Komitəsi Ukraynaya təhlükəsizlik üçün 800 milyon dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib, “The Hill” yazır.

Sözü gedən yardım paketi ABŞ-nin 2026-cı maliyyə ili üçün ümumi məbləği 852.45 milyard dollar olan müdafiə ayırmaları qanun layihəsinə daxildir.

Layihə komitə tərəfindən 26 lehinə, 3 əleyhinə səs toplayıb.

Senator Kris Kuns daha əvvəl bildirmişdi ki, Baltikyanı ölkələrin maliyyələşdirilməsi çox güman ki, bu ölkələrin Ukraynaya dəstəyinə yönələcək və Kiyevin ümumi yardım məbləği 1 milyard dolları keçəcək.

Chosen
13
banker.az

1Sources