EN

İyulda Avropada qazın qiyməti 12% bahalaşıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Londonun ICE fyuçers birjasına görə, iyulda Avropada qazın orta qiyməti iyun ayı ilə müqayisədə 7% azalaraq 1000 kubmetr üçün təxminən 410 dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu, illik müqayisədə bu, demək olar ki, 12% artım deməkdir.

Avropa mərkəzlərində qazın qiyməti 2024-cü ilin payızında artmağa başlayıb və 2025-ci ilin birinci yarısında 1000 kubmetr üçün 464 dollar təşkil edib.

Qazın bahalaşmasının səbəbləri

Avropada yanacağa tələbatın artması səbəbilə qazın qiyməti ötən illə müqayisədə bahalaşıb. Bu yay region ölkələrinin anbarları doldurmaq üçün daha çox qaza ehtiyacı olacaq və bazara yeni tutumların məhdud şəkildə daxil olmasını nəzərə alaraq yanacağa tələbatı artan Asiya ilə LNG uğrunda rəqabət aparmalı olacaqlar. Qaz İxrac Edən Ölkələr Forumu qazın yay mübadilə qiymətlərinin qışda olduğundan daha yüksək olacağını gözləyirdi ki, bu da qazın yeraltı qaz anbarlarına vurulmasının iqtisadi məqsədəuyğunluğuna xələl gətirir.

Bunun fonunda 2025-ci ildə Avropa tərəfindən LNG idxalı yeni rekorda imza atacaq.

Avropada iyulda yeraltı anbarlara qaz vurulması sürəti əvvəlki ayla müqayisədə yavaşlasa da, son üç ilin ən yüksək həddi olaraq qalır. Cari qaz vurulma sürəti qorunub saxlanılarsa, Aİ sentyabrın sonuna qədər öz anbarlarını 90%-ə qədər doldura bilər. Avropa Komissiyasının yeni tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən noyabrın 1-dək öz anbarlarının 90%-ə qədər doldurulmasını təmin etməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
20
banco.az

10Sources