EN

Rusiya Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq istəmir

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Cənubi Qafqaz Rusiyanın əlindən çıxmaqdadır. Ona görə də Rusiya Gümrüdəki 102-ci hərbi bazasını gücləndirmək istiqamətində işlər görür, bazaya canlı qüvvə və hərbi texnika cəmləyir".

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiya bir tərəfdən KİV vasitəsi ilə, mədəni-ideoloji şəkildə bizə təzyiqlər edir, mesajlar verir, həmçinin Ermənistandakı hərbi bazasını gücləndirir.

Müsahibimiz qeyd edib ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı da informasiyalar yayır, İranla birlikdə bu dəhlizin fəaliyyətə başlamasına imkan verməyəcəklərini ifadə edirlər. Onun sözlərinə görə, bu gərginliyin və böhranın səbəbi Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlara Rusiyanın kəskin etirazı, bununla barışmaq istəməməsidir.

Məhəmməd Əsədullazadə:  Rusiya Azərbaycana qarşı hibrid, hərbi kəşfiyyat və bir çox istiqamətlərdə təxribatlar həyata keçirir

2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında müttəfiqlik barədə bəyannamə qəbul olunduğunu xatırladan həmsöhbətimiz vurğulayıb ki, oradakı bütün müddəaların üstündən məhz Kreml rəhbərliyi xətt çəkdi:

“Azərbaycana qarşı hibrid, hərbi kəşfiyyat və bir çox istiqamətlərdə təxribatlar həyata keçirilməyə başladı. Gümrüdəki hərbi bazanın möhkəmləndirilməsi də Azərbaycanın bölgədə yaratdığı sülh və təhlükəsizlik mühitini dağıtmağa çalışır. Çünki Türkiyə ilə Ermənistan, o cümlədən Azərbaycan və Ermənistan arasında konfidensial olaraq ciddi irəliləyişlər var”.

Məhəmməd Əsədullazadı bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi ziddiyyətli açıqlamaları ilə manevr edir, çünki Rusiyadan ciddi təzyiqlərə məruz qalır:

“Amma, bu o demək deyil ki, Paşinyan sülhü üstündən xətt çəkir".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
bakivaxti.az

2Sources