EN

Arif Babayevin dəfn yeri məlum oldu

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, muğam ustası I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.

Chosen
12
16
Ajans.az

10Sources