EN

Xəbər göndərdi: Maaşının iki dəfə azaldılmasına razıdır, təki…

“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Borussiya Dortmund”a qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, “Bild”in məlumatına görə, futbolçu Almaniya klubunun nümayəndələri ilə mümkün qayıdış haqda danışıb. Onlara deyib ki, Mançesterdəki hazırkı maaşını iki dəfə azaltmağa hazırdır, sadəcə yetər ki, oradan ayrılsın.

Qeyd olunur ki, ingilisin hazırda maaşı illik 16 milyon avrodur.

Daha əvvəl “Yuventus”un Ceydonla ciddi maraqlandığı haqda məlumat yayılmışdı.

Chosen
14
publika.az

1Sources