EN

DİN əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkarlayıblar

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 8 tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
65
49
sia.az

10Sources