AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

İyulun 31-də qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 8 tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
64
49
avtosfer.az

10Mənbələr