EN

“Arif Babayev səhnəmizin əvəzolunmaz Məcnunlarından biridir” – Orxan Fikrətoğlu - VİDEO

“Elə insanlar var ki, onlar böyük bir epoxanı təmsil edir. A. Babayev bizim səhnəmizin əvəzolunmaz Məcnunlarından biridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalstlərə açıqlamasında Mədəniyyət Nazirinin müşaviri, yazıçı-jurnalist Orxan Fikrətoğlu ustad sənətkar haqqında öz fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə Arif Babayevin qəlblərə ötürdüyü sənət yaşandıqca, yeni nəsil də onu unutmayacaq, Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfələrə görə daim yad olunacaq:

“Muğam sənətində ikinci nəfəs verən, onun dirçəlməsinə xidmət edən ustaddır. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsidir. Düşünürəm ki, onun xatirəsi əbədi yaşayacaq. Biz vida mərasimində sənət cameası olaraq borcumuzu əlbəttə, ödəməliyik”. 

Qeyd edək ki,  Azərbaycanın böyük muğam ustadlarından olan Arif Babayev bu gün səhər dünyasını dəyişib. 


Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
12
17
bizim.media

10Sources