EN

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu  döyüş

Müstəqil Azərbaycanın hərb tarixinə düşmüş Avqust döyüşlərindən 11 il ötür 

Adalet.az xəbər verir ki, 2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verib.

Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub.

3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində baş vermiş ən irimiqyaslı toqquşmalardan biridir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı kiçik gizirlər Elçin Əhmədov, Rahil Hüseynov, gizir İsə Almazov, əsgərlər Elnur İbrahimov, Əli Rəhimov, Qaryağdı Əhmədov, Mustafa Coşqunov, Pərvin Əliyev, Səftər Məmmədov, Sənan Quliyev, Anar Qarazadə, Hüseyn Abdulov və Vüqar Poladov şəhid olublar. Göstərdikləri qəhrəmanlıqlara görə adı çəkilən hərbçilər ölümlərindən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

Xatırladırıq ki, həmin vaxt deputat Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi.
Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər.
Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.


 Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 Əntiqə Rəşid 

Chosen
24
1
adalet.az

2Sources