EN

ABŞ-da ara qarışır: Bu dəfə Bayden Trampı ittiham etdi

"ABŞ hazırda qaranlıq dövrlərini yaşayır. Buna səbəb qanunun aliliyinə təhdidlər və vətəndaş azadlıqlarının aşınmasıdır".

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden deyib.

"Baş verənləri ört-basdır etmək olmaz", - deyə o bildirib.

"Politico" nəşri Baydenin Donald Trampa işarə etdiyini qeyd edib. Bildirilib ki, onun adı birbaşa çəkilməsə də, əslindı keçmiş prezident hazırkı Ağ Ev rəhbərini ittiham edir.

"ABŞ-ın yeni administrasiyası "tarixi silməyə", mənim və sələflərimin əldə etdiyi tərəqqini ləğv etməyə çalışır", - deyə Bayden əlavə edib.

Bundan əvvəl Tramp ABŞ iqtisadiyyatındakı problemlərə görə Baydeni günahlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources