EN

"Zəngəzur dəhlizinə İran daxilində ziddiyyətli münasibət təəssüf doğurur" – İlyas Hüseynov - ÖZƏL

"İran dövlətində Zəngəzur dəhlizinə fərqli münasibətlərin olması təəssüf doğurur. Çünki bizim üçün İran dövlətinin proqnozlaşdırıla bilən olması böyük əhəmiyyət daşıyır. İran İslam Respublikasının Prezidenti  Məsud Pezeşkianın həm Bakıya, həm də Xankəndinə səfərləri bizdə bu inamı yaratdı ki, İranla Azərbaycan arasında münasibətlərdə yüksəliş olacaq. Bu, siyasi iradədə də özünü göstərir". 

Bu fimirlıri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamaslnda söyləyib. Politoloq qeyd edib ki,  Zəngəzur dəhlizinə qarşı İranın ayrı-ayrı siyasi xadimlərinin fərqli münasibət sərgiləməsi təəssüf doğurur: 

"Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi bütün regionun inkişafına xidmət edir, əməkdaşlığı gücləndirir və iqtisadi dividendlər vəd edir. Bunu qəbul etməmək tamamilə yolverilməzdir və regionun inkişafına da mənfi təsir göstərir. Bu baxımdan hesab edirəm ki, İranın Ali Dini Liderinin müşaviri cənab Vilayəti bu cür açıqlamalardan çəkinməlidir.
Çünki  Vilayəti regionumuzu çox yaxşı tanıyır, biz də onu çox yaxşı tanıyırıq və bu cür fikirlər regionda təhlükəsizlik sisteminin güclənməsinə əngəl yaradır. Axı Zəngəzur dəhlizi həm də sülhü, əməkdaşlığı və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
olaylar.az

1Sources