EN

Arif Babayevin SON MÜSAHİBƏSİ – Mərhum sənətkar hansı arzusunu dilə gətirmişdi? – VİDEO

Xəbər verildiyi kimi Xalq artisti Arif Babayev bu gün səhər saatlarında dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında mərhum sənətkarla son görüşünün görüntülərini paylaşıb.
 

“Atamı, anamı itirdim... Və onlar qədər sevdiyim, güc aldığım, böyük sənətkarı, böyük insanı – musiqi dünyamızın qoca çinarını da itirdim… Atamdan sonra mənə dayaq olan, ruh verən, hər sözündə həyatın dərin mənasını hiss etdiyim Arif müəllimi… 


Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum. Bu video bir neçə gün əvvəl – öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyik, xanımının ad gününü birlikdə keçirəcəyik deyə hazırlıq görmüşdük. Amma biz yola düşəcəyimiz gün o, xəstəxanaya yerləşdirildi. 

Ata və anamla da ad gününü aprelin sonunda planlaşdırmışdıq… Olmadı. Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də baş tutmadı.

Bu ağrını sözlə ifadə etmək çətindir. Çox üzgünəm. Atamı, sevdiyim insanı, xalqımızın sevimli oğlunu –Arif müəllimi itirdik.

Allah rəhmət eləsin. Ruhu şad olsun.

Qəlbimizdə daim yaşayacaqsınız”, - Xoşqədəm Hidayətqızı bildirib.


Bizim.Media

Chosen
77
6
bizim.media

9Sources