Amerika lideri Donald Tramp Avropa İttifaqından prezidentlik müddəti başa çatana qədər ABŞ-dən 1 trilyon dollar enerji resursları almasını tələb edib. Bunun müqabilində o, Brüsseli hədələdiyi AB mallarına rüsumların azaldacağını təklif edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Politico” Vaşinqtondan olan yüksək rütbəli rəsmiyə istinadən xəbər verir.
“Sonda onlar 750 milyard dollarla kifayətləniblər, baxmayaraq ki, bu məbləğ də sizə böyük görünə bilər”, - nəşrin müsahibi bildirib.
Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen avqustun 1-dən Avropa ixracatının 75%-nə 15%-lik Amerika tarifləri tətbiq etmək barədə razılığa gəliblər. Bunun müqabilində Aİ Rusiyanın enerji resurslarının idxalını dayandırmağı və Amerika nefti, qazı və nüvə yanacağının alınmasına keçəcəyini, həmçinin ABŞ-nin rəqəmsal sənayesinə sərmayə qoymağı öhdəsinə götürüb.
QAZİLER.AZ