EN

DƏHŞƏTLİ QƏTL: Transgender qadın evində boğazı kəsilərək öldürüldü

Antalyanın Muratpaşa rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Referans xəbər verir ki, transgender qadın Nida Nazlıer yaşadığı evdə boğazı kəsilmiş halda ölü tapılıb.

Hadisə ilə bağlı onun otaq yoldaşı H.İ. nəzarətə götürülüb. Əraziyə baxış zamanı bağçadakı gül dibçəyində cinayətdə istifadə edildiyi ehtimal edilən bıçaq aşkar olunub.

Trans

Hadisə Cebesoy küçəsində yerləşən evdə qeydə alınıb. Məlumata görə, H.İ. işdən evə qayıtdıqda Nida Nazlıeri vanna otağında boğazı və sifət nahiyəsindən kəsilmiş halda qan içində görüb. O, dərhal eyvana çıxaraq kömək üçün qışqırıb. Qonşuların bildirməsinə əsasən, səs-küyü eşidib dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.

Hadisə yerinə gələn polis və təcili yardım qrupları Nida Nazlıerin həyatını xilas edə bilməyib. Onun aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində keçindiyi məlum olub.( Musavat.com)

Trans

Polis əməkdaşları evdə və ətraf ərazidə apardıqları axtarış zamanı bağçadakı gül dibçəyində torpağa basdırılmış bir bıçaq tapıblar. Alət ekspertiza üçün dəlil kimi ələ keçirilib. Hadisənin şahidi və cəsədi ilk tapan H.İ. polis tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.

Polis hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntülərini də toplamağa başlayıb. Respublika Prokurorluğunun nəzarəti altında araşdırmalar davam edir. Nida Nazlıerin cəsədi dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Antalya Ədliyyə Tibb Təşkilatına aparılıb.


Trans

Trans

Trans

Trans

Chosen
28
referans.az

1Sources